IMAMOFF.COM   DİZAYN , MARKETİNG VƏ  TEXNOLOGİYA PORTALI

Sosial Media

Ana Səhifə / Xidmətlər / Sosial Media
Sosial Media


Sosial Media Marketing hal hazırda ən təsirli Marketing üsullarından biridir. Sosial Media saytları üzərindən aparılan marketing strategiyalarının cəminə sosial media marketing deyilir. Məhsulunuzun və ya xidmətinizin sosial media saytları və ya şəbəkəsi üzərindən tanıtımının edilməsi , satışının təşkili , marka dəyərinin artırılması ,kompanya və xəbərlərin paylaşılması və diqqət üçün aparılan marketing üsuludur. Sosial media marketinq , rəqəmsal marketing və klassik pull internet marketing üsullarından fərqli üsullarla həyata keçirilir.

Klassik internet reklamçılığı fərqli strategiyalarla aparılsada istifadə olunan internet platforması səbəbi ilə sosial media marketing , rəqəmsal marketingin bir alt kateqoriyası kimi dəyərləndirə bilərik. Klassik mediada hədəf ölçümləri məhdud sayda kütlə üzərində aparılarkən internet və sosial media reklamçılığında demək olar ki birəbir aparılır. Marketing əlaqələri , smart telefonlar (cihazlar) , komputerlər , pad və tab tipli cihazlarla internet əlaqəli vasitələrlə cüt yönlü və anlıq izlənilə bilir. Bu yeni medianın marketingə gətirdiyi ölçüləbilirlik və analiz , interaktiv marketing , dəqiq nəticələr , müştəri əlaqələri kimi yeniliklər gətirmişdir.

Marketing strategiyalarının böyük hissəsinin axtarış sistemləri və sosial media üzərindən aparılması bu yöndə işləyən insanlarında artmasına səbəb olmuşdur. Təhsil müəssələrində , həmçinin fərdi kurslarda seminar , təlimlərdə bu strategiyalar təcrübəli insanlar tərəfindən yeni nəsil marketing strategiyaları haqqında məlumatlar verilir.Sosial məcraların günü gündən böyüməsi və populyar medyanın fərqli funksionallıqlar əlavə etməsi bu sahədə təcrübənin və təhsilin önəmini artırır. Sosial Media strategiyaları hazırlanarkən dəqiq analizlərin , hədəf kütlənin , kampanya və elanlarınızın dəqiq idarəedilməsi üçün təcrübə şərtlərdən biridir. Təcrübənin ilk əsası ondadır ki, sizin işiniz üçün doğru sosial şəbəkəni seçilməsi və uyğun strategiyaların hazırlanması.

Sosial şəbəkələrin köməyi ilə , müştərilərinizi , gələn şərhləri , bəyənmələri , problem , şikayət və təkliflərini rahatca dinləyə və doğru nəticələr çıxara bilərsiniz. Buna görə məhsul və xidmətinizin marketingi üçün
-Müştəri məmnuniyyət ölçümü (müsbət və mənfi feedbacklər)
-Müştəriləriniz şübhəli qaldığı yerlərdə sürətli cavab tapması üçün kompanya və təkliflərin verilməsi
-Müştəri məmnuniyyətini qazanma 
kimi mövzularda rəqiblərinizdən bir addım öndə ola bilərsiniz. Potansiyal müştəriləriniz arasında , əlaqə, qarşılıqlı fikir alış-verişi , dost qrupların köməyi ilə yeni potansiyal müştəri qruplarının da sizinlə əlaqə saxlamaq imkanı vardır. 
Bu tərz əlaqələrdə, məhsul və xidmət üçün satınalma prosesində müştərinin qərar mexanizminə birbaşa təsir etməkdir. Satış sonrası yarana biləcək müştəri məmnuniyyəti, şikayət , təklif və digər istəklərini sosial şəbəkə vasitəsi ilə paylaşılması iki tərəfli olaraq , etibarlığınızı online idarəetməyinizə imkan yaradacaq. Klassik marketing üsullarından daha effektiv nəticələr verən bu əlaqə forması , müştəri ilə birə bir kontakt imkanı ilə marka bilinirliyi və güvənilirliyi mövzusunda sizə öz müsbət təsirini göstərəcək.

Bloggerlər və fərdi insanların öz sosial şəbəkə hesablarında və şəxsi saytlarında sizinlə bağlı edəcəkləri açıqlamalar , sizinlə müştəri arasında əlaqələrin yayılmasına , markanızın daha geniş kütlələrə çatmasına köməklik edəcək. Markanızın sosial medya hesablarında suallara verilmiş sürətli cavablar , problemlərin aradan qaldırılması , doğru strategiyaya uyğun paylaşdığınız hədiyyələr sizin markanızın potansial yeni müştərilər tərəfindən tez bir zamanda tapılmasına köməklik göstərəcək.

Hansı Sosial Şəbəkə?
Sizin təklif etdiyiniz xidmət və məhsulun hansı sosial şəbəkədə daha effektiv nəticələr verəcəyini ölçmək üçün beynəlxalq təcrübədən yararlanaraq , ağıllı testlər etmək gərəklidir. Potansial müştərilərinizin hansı şəbəkədə daha çox olmasını sosial şəbəkələrin təyinatlarını dəqiq araşdıraraq qərar verə bilərsiniz.