IMAMOFF.COM   DİZAYN , MARKETİNG VƏ  TEXNOLOGİYA PORTALI

Logo Dizayn

Ana Səhifə / Xidmətlər / Logo Dizayn
Logo Dizayn


LOGO? Buyurun
Logo
bir şirkətin və ya qurumun özəlliklərini göstərən , markanın digər markalardan ayırd etmək üçün istifadə olunun vizual formadır. Məhsulları fərqliləşdirmək üçün istifadə olunan bu formalar logo tarixinin keçmişini özündə əks etdirir. Markanın , şirkətin logosu vizual olaraq həmin qurumun tarixini , fəaliyyət sahəsini özündə ən yaxşı formada əks etdirmə metodudur. Qədim dövrlərdən bu yana Logoların görünüşü , istifadə təyinatı dəyişilmişdir. Belə ki, fərqli formalarda , rənglərdən , simvollardan və obrazlarda istifadə olunan logolar qurumların xüsusiyyətlərini özündə əks etdirmişdir. Əsas məqsəd : Markanın hədəf kütləsinə logo vasitəsi ilə bütünləşməsi və zehində qalıcılıq yaratması üçündür. Logo, şirkətin hədəf kütləsini özündə əks etdirən birbaşa vasitədir . Buna görə logonun professional dizaynda hazırlanması və rəng seçimindən istifadə texnologiyasına qədər vəhdət təşkil etməsi markanın imici üçün önəm kəsb edir.

Yeni bir iş qurarkən , xidmət və ya məhsul təqdim etmək istəyərkən və ya bir şirkət qurarkən əsas ehtiyaclardan biri markanı özündə əks etdirən vizual bir görünüşün-Logonun olmasıdır. Çünki vizual görünüş insan zehnində digər vasitələrə görə daha tez yadda qaqalır. Logo dizaynı, dünya ticarət və xidmət sektorlarında əvəzolunmazdır.

Necə bir logo olmalıdır?
Hal hazırda bazar rəqabətinin artması , şirkətlərin özlərini ifadə etmək üçün daha yaradıcı fikirlər düşünməsini gərəktirir. Logo vizual bir görünüş olduğu üçün hədəf kütləyə daha tez çatır və yaddaşda qalır. Buna görədə Logo dizayn xidməti verənlə marka arasında qarşılıqlı anlaşma və həmfikir yanaşma olmalıdır. Logo - Bir şirkətin xəttlər və rənglərlə özünü ifadə formasıdır. Buna görə logonun markanın qurumsal formasına uyğun hazırlanması gərəklidir.
Logo hazırlayarkən , başqa firmaların logolarına bənzəyən ünsürlərdən istifadə etmək ,qismən və fərqli formada oxşatmaq tövsiyyə edilmir,çünki bənzərlik müştərinin zehnində marka haqqında şübhələr yaradır.

Bu nəsə olmadı ?!
Təsiredici bir logo necə olmalıdır? Bu sualın cavabını belə izah edək:
Sadə və təsiredici  - Logo dizaynında ən önəmli vurğulanması gərəkən logonun yaddaşda qalan bir xətt formasının olmasıdır. Bunun üçün sadə , tamamlanmış bir forma müəyyən etmək gərəklidir.
Sərbəst və Özününkü - Original və özünə xas xüsusiyyətləri özündə əks etdirən logo hər zaman bir markanın imicini gücləndirir. Başqa şirkətlərin çizgilərindən istifadə xeyrdən çox zərər verə bilər.
Qarmaşıqlıdan uzaq forma  -  Logo da minimal xəttlər hər zaman daha təsir edici və yaddaşda qalandır. Məhşur firmaların logolarına baxdıqda qarışıqlıqdan uzaq olduqlarını və daha sadə seçimlər etdiklərini görəcəksiniz.
Hədəf Kütləyə mesaj - Hər bir markanın xitab etdiyi bir həfə kütləsi mövcuddur,hər bir ərazinin hər bir millətin öz mədəni və davranış forması olduğu üçün logoda bu prinsiplər,rənglər özünü əks etdirməlidir.
Bütünlük prinsipləri və əks arqumentlər- Marka öz hədəf kütləsini seçərək bir yola çıxsada , seçdiyi kütlədən ziyadə başqa davranış və təsir forması yaradacaq kütlədə formalaşacaq. Buna görə logonun hər davranış və təsir formasına uyğun bütünlüyü əks etdirən bir logo olması arzuolunandır.

Qısa Qeyd : Logo dizayn hazırlanma prosesində müştərinin istəyi əsas faktorlardan biridir. Dizayner nə qədər yaradıcı olsa da , həmin iş sahəsi üzrə mütəxəssis və iş prinsiplərinə bələd bir fikir önəmlidir. Bu təcrübəyə sahib olan insanlar həmin işin mütəxəssisləridir.

Alov olsun zəhmət olmasa !

Logo dizaynın 3 əsas forması

1. Yazılı logolar (logotype) - Logo sadəcə yazıdan ibarətdir, bəzən fərqli yazı formalarında qarşımıza çıxa bilər. Sadə və güclü görünüş forması yaradır. Heç bir simvol və xarakteristik çizgi yoxdur.


 

               
 


2.İkonik Logolar - Sadəcə hərf , rəqəm , simvol və ya xüsusi hazırlanmış ikonlarla hazırlanmış logolardır. Hədəf kütlənin gözündə sadəcə ikonlarla xatırlanmağı arzu edən markaların logolarıdır. Əvvəlcə logonun yanında hərflərlə təqdim olunur, daha sonra yazını qismən çıxardaraq sadəcə ikon olaraq fəaliyyətini davam etdirir, bəzi yerlər xaric yazıdan istifadə olunmaz. Nəticədə o ikon görüldükdə o firma ilk ağıla gələn olur.


 

3.Kombinasiya logolar - Bu tip logolar həm yazı həmdə ikonik simvolu özündə əks etdirən logo tipidir. Ən çox istifadə olunan logo dizayn tipidir. Marka həm yazı həm simvol olaraq yaddaşlarda qalmaq istədiyi üçün bu tərz seçilir. Kombinasyon logolardan istifadə edən şirkətlər bəzi təqdimatlarda sadəcə ikon , bəzilərində isə yazını ön plana çəkirlər. Hazırlanma mərhələsində ikon və yazının bir-birini tamamlaması yəni vəhdət təşkil etməsi gərəklidir.


 

Başqa nə edə bilərsiz?
İki hərf (initial) logolar - Əsasən iki hərfin birləşməsindən bir simvol yaratmaq üçün istifadə olunur. Marka sahibi ya öz ad soyadının baş hərflərini ya da ki, sektoruna uyğun gələn hərflərdən əlavə edilərək hazırlanır. İstifadə olunan hərflərin hazırlanması və bir biri ilə vəhdət təşkil etməsi vacibdir. Buna hazırlanma prinsipləri , texnologiyası və rəngləri də daxildir. 



 


Tipografik Logolar- Mövcud yazı fontlarının üzərində dəyişiklik edilərək ( Əymə , bükmə, uzatma , sıxlaşdırma  və s.) hazırlanır. Əsasən fərqlilik yaratmaq üçün istifadə olunan tipdir.

 

Sans Serif Logolar - Sadə ama qüvvətli görünən logolardır. Gözü yormayan , yaddaşda tez qalan , zərif ama bir o qədərdə etibarlılıq yaradan logolardır. Modern dizayn anlayışını özündə əks etdirir. Ən çox istifadə olunan tiplərdən biridir.

               

 

Kalliqrafik (Xəttatlıq) logolar - Əl yazısı olaraq hazırlanan və dəbdəbəli görünüşə malikdirlər. Fərqli formalarda kombinasiyalarda görmək mümkündür və oxunaqlı olduğu üçün zövqlü bir görünüşə malikdir.

  

 

Rəqəmsal logolar - Yalnızca rəqəmlərdən ibarətdir .Şirkətin hədəf kütləsini , idarəetməsini özündə əks etdirən logo tipidir. 

 

 

Mənə biraz ondan danış !

Logo dizaynın mərhələləri 


1.Layihə ilə tanışlıq - Alıcı firmanın istəkləri nəzərə alınmaqla analiz edilir. Ehtiyaclara uyğun bir logo hazırlamaq markanı önə çəkməyə xidmət edirsə , uyğunsuz bir logo bütün imicini zədələ bilər. Buna görə layihə diqqətli şəkildə analiz olunur və ana fikir öyrənildikdən sonra ehtiyac varsa əlavə müzakirələr aparılır. Göstəriləcək xidmət və fikirlərin üst üstə düşməsi nəticəsində növbəti mərhələlərə keçilir.

2. Dəyərləndirmə - Örnək logolar (danışıqdan asılı olaraq) müştəri yə təqdim olunur və müştəri tərəfindən dəyərləndirməyə alınar. Xidməti təklif edən firma bu mərhələdə həm öz təcrübələrini həmdəki mövcud reallığa uyğun fikirlərini müştəri ilə bölüşməlidir. 

3.Texniki detallar - Marka imicini əksetdirən logo nümunələri Vektorial formada əks olunmalıdır. Çünki vektorial olmayan dizaynlar , çap əsnasında effektivliyini və görünürlüyünü itirməklə yanaşı bir çox riskləri daşıyır. Lakin vektorial formada heç bir yuxarıda qeyd etdiyimiz risklərlə qarşılaşmazsınız.Həmçinin logonun hansı dizayn üslubunda , hansı riyazi qaydalara uyğun şəkildə aparıldığıda bu mərhələdə müştəriyə tam şəkildə aydın olur. Rəng seçimindən korporativ stilə qədər logoya aid hər bir texniki detal bu mərhələdə öz əksini tapır.

4.Yekun mərhələ -  Bu mərhələdə vektorial logonun bütün formatlarda ən əsası vektorial formada müştəriyə təqdim olunur