IMAMOFF.COM   DİZAYN , MARKETİNG VƏ  TEXNOLOGİYA PORTALI

Başqaları Telefonunda adımı necə qeyd edib?Bu tədbiq sualınızın cavabını verir.

Ana Səhifə / Başqaları Telefonunda adımı necə qeyd edib?Bu tədbiq sualınızın cavabını verir.
Başqaları Telefonunda adımı necə qeyd edib?Bu tədbiq sualınızın cavabını verir.
Texnologiya   31 Yanvar 2018   Technoman   1055 Baxış  

Başqaları Telefonunda adımı necə qeyd edib?Bu tədbiq sualınızın cavabını verir.

Başqalarının sizin adınızı telefonunda necə qeyd etdiyi göstərən "Getcontact" tədbiqi son günlərdə populyarlığını biraz da artırıb. Tədbiqin istifadəsi və quraşdırılması çox sadə olub 900 milyona yaxın kontakt bazası ilə sizə lazımi informasiyanı rahatca verə bilir. Həmçinin siz fərqli insanların nömrələrini axtarış etməklə onlarında başqa insanlar tərəfindən hansı adla telefonda saxladığını görə bilərsiz. Bir müddət əvvəl istifadəsinə qadağa qoyulsa da "getcontact" tədbiqi yenidən fəaliyyətini bərpa etdi. Tədbiqi quraşdırarkən sizin telefon kitabçanıza giriş üçün icazə istəyən tədbiq sizin telefon kontaklarını yazdığınız adlarla birlikdə öz sistemində qeyd edir. Beləliklə daxil edilmiş nömrə ilə axtarış edilən zaman milyonlarla istifadəçidən biri olaraq o kontaktı sizin hansı adla qeyd etdiyiniz başqası tərəfindən görünə bilir.

Maraqlı interfeysə malik olan proqram da, bundan başqa gizli nömrədən gələn zəngləridə açıq şəkildə göstərir. Əslində bunun sadəcə funksiya olmaqdan ziyadə , Getcontactın sistemi üzərindən qeydiyyatlı nömrə axtarışı ilə əlaqəli olduğunu başa düşmək çətin deyil.Əgər "gizli nömrədən" edilən zəngin datası Getcontactın sistemində qeydiyyatlı deyilsə tədbiq əlbətdəki bu nömrəni açıq şəkildə göstərə bilməyəcək.Tədbiqi PlaysotreApple Storedan ödənişsiz endirə bilərsiniz.