IMAMOFF.COM   DİZAYN , MARKETİNG VƏ  TEXNOLOGİYA PORTALI

Facebook bütün Kriptovalyuta reklamlarını qadağan edir

Ana Səhifə / Facebook bütün Kriptovalyuta reklamlarını qadağan edir
Facebook bütün Kriptovalyuta reklamlarını qadağan edir
Sosial Media   31 Yanvar 2018   Sosialman   644 Baxış  

Facebook bütün Kriptovalyuta reklamlarını qadağan edir

Facebook, bütün kriptovalyutaların tanıtım və reklamlarına məhdudiyyət qoyacağını açıqladı. Şirkət, inkişaf etməkdə olan texnologiyalara açıq olduğunu, lakin bir çox şirkətin kriptovalyutalar haqqında dolğun təriflər etməsinə baxmayaraq əslində "xoş niyyət" içində hərəkət etmədiiklərini söylədi.Son zamanlar Bitcoin-in dəyərinin sürətlə artması bununla bağlı başqa kriptovalyutalarında ortaya çıxmasına səbəb olub. Həmçinin şirkət hər kriptovalyuta reklamını tuta biləcəklərini də inkar etmirlər.
"Facebook Business" in məhsul idarəetmə direktoru Rob Leathern yazırdı: "İnsanlar Facebook reklamları vasitəsilə yeni məhsul və yeni xidmətləri öyrənmək istəyirlər lakin, hal hazırda iki standartlarla insanlara kriptovalyuta almağa təşviq edən reklamlara yol verməyəcəklərini bildirdi".

Facebook yeni siyasətinin  zaman keçdikcə inkişaf edəcəyinidə qeyd edildi.

Şirkətlər Reklamlar tez-tez ikili seçimlər, ilkin pul təklifləri və ya kriptovalyutalar kimi yanıltıcı və ya aldadıcı təşviqat təcrübələri ilə əlaqəli maliyyə məhsulları və xidmətlərini təşviq etməməlidirlər. Öz xidmət və məhsullarını kriptovalyutalar ilə satmaq , təşviq və s. yolverilməz olduğu qeyd edildi.
Yeni siyasətə əsasən, "Yeni COİN" sözlərindən istifadə edərək, " 15% endirimlə əldə edin! " və ya "Bitcoin almaq üçün pensiya və maaş kartlarından istifadə edin!" kimi ifadələrə də icazə verməyəcəklərini söylədilər.


Həmçinin facebook  istifadəçilərin "facebook təhlükəsizlik tədbirlərinin" gözdən qaçırdığı hər bir reklamı bildirməyi xahiş etdi. 

Mənbə: BBCTech